Fontu böyüt:
IBM 2015-ci ilə kimi “bulud” hesablamalarından 7 milyard dollar həcmində gəlir əldə etməyi planlaşdırır.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu səhmdarlarla illik ənənəvi görüşdə IBM korporasiyasının rəhbəri Sem Palmizano bəyan edib. Sem Palmizano deyib ki, “bulud” hesablamaları korporativ sektorun növbəti texniki irəliləyişidir. Korporasiya qlobal “bulud” hesablamaları bazarının təqribən dörddə bir hissəsinə nəzarət etməyi planlaşdırır. 2015-ci ilə kimi bu seqmentdə dövriyyə edəcək xərclərin ümumi həcmi 30 milyard dollara yaxın olmalıdır.
Bununla belə, ekspertlərin fikrincə, “Amazon”, “Google” və “Salesforce.com” kimi rəqib şirkətlərin mövcudluğu bu məsələni çətinləşdirə bilər.