Cari ilin üçüncü rübünün yekunlarına görə Apple şirkəti ilk dəfə olaraq mobil telefon bazarının liderlərinin ilk beşliyinə daxil ola bilib. Bu barədə IDC analitik şirkətinin hesabatında bildirilir.
Ümumilikdə dünya üzrə mobil telefonların satış həcmi 14,6 faiz artaraq 340,5 milyon qurğu təşkil edib.
Cari ilin üçüncü rübünün yekunlarına görə Apple şirkəti ilk dəfə olaraq mobil telefon bazarının liderlərinin ilk beşliyinə daxil ola bilib. Bu barədə IDC analitik şirkətinin hesabatında bildirilir.
Ümumilikdə dünya üzrə mobil telefonların satış həcmi 14,6 faiz artaraq 340,5 milyon qurğu təşkil edib. Qeyd edək ki, bu, bazarın ikirəqəmli artım tempi nümayiş etdirdiyi artıq dördüncü rübdür. Mobil telefonların satış həcminin genişlənməsi həmçinin smartfon seqmentinin sürətli artımı ilə də bağlıdır.
Smartfonların populyarlığının artması üçüncü rübdə beş ən iri mobil telefon təchizatçıları sıralarına, yalnız smartfon istehsalı ilə ixtisaslaşan Kanadanın Research in Motion (BlackBerry smartfonlarının istehsalçısı) şirkətindən əlavə Apple korporasiyasının da daxil olması ilə nəticələnib.
Dünya üzrə ümumi satılmış mobil telefonların 4,1 faizi Apple smartfonlarının payına düşür. Rüb ərzində şirkət 14,1 milyon müvafiq qurğu sata bilib. Və bununla da Apple RIM şirkətini siyahıda geridə qoyaraq dördüncü pillədə yer ala bilib. Qeyd etmək lazımdır ki, 2004-cü ildən bu günə kimi ilk dəfə olaraq SonyEricsson şirkəti ilk beşliyi tərk edib.
Dünyanın ən iri mobil telefon istehsalçısı bazarın 32,4 faizinə nəzarət edən Nokia şirkəti olaraq qalır. Lakin Nokia-nın bazardakı payı getdikcə azalır və son bir ildə fin şirkəti payının 4 faizini itirib.
Siyahının ikinci və üçüncü pillələrində Cənubi Koreyanın Samsung (21,0%) və LG (8,3%) şirkətləri yer alıblar. RIM-in payına isə bazarın 3,6 faizi düşür.