Fontu böyüt:
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin Azərbaycanda media azadlığı ilə bağlı BBC-yə müsahibəsi
- Son səfərinizin üstündən keçən bu bir il ərzində Azərbaycanda media azadlığı ilə bağlı hər hansı dəyişiklik müşahidə etdinizmi?
- Zənnimcə hazırda Azərbaycanda media ilə bağlı ən böyük problem hüquq-mühafizə orqanlarının davranış norması və jurnalistlərin peşədən kənar cinayət adlanan hallara görə mühakiməsidir. Halbuki ölkənin media azadlığı ilə bağlı öhdəlikləri var və jurnalistlərin hüquqlarını təmin etmək öndə gedən məsələdir. Bu mənada mən media azadlığı sahəsində müsbət dəyişiklikləri görmürəm. Digər tərədən isə əminəm ki, hüquq-mühafizə orqanları öz iş və səlahiyyətlərinə dair daha dəqiq və birmənalı təlimatlandırılmalıdırlar. Vəziyyəti müsbətə doqru dəyişmək üçün yalnız bu və ya digər şəxsin əfvi ilə kifayətlənmək olmaz. Hüquq-mühafizə idarələrinin ictimai proseslərə müdaxilə etmək vərdişini önləyici qaydada kəsmək lazımdır. Onlara dəqiq təlimat verilməlidir ki, polis nə edə bilər və əsl işi nədən ibarətdir. Bu, məsələnin bir tərəfi. Başqa məsələ ölkədəki plüralizmin mövcud səviyyəsidir. Burada vəziyyət qənaətimcə, yaxşılaşmayıb. Əksinə deyərdim ki, daha da pisləşib. Xarici yayımçılar FM tezliyindən məhrum edilib. Yerli telekanallar da fikir müxtəlifliyinə görə, irəli getməyib.
- Siz rezonansa səbəb olmuş iki yerli bloqqer Adnan Hacızadə və Emin Millinin işindən xəbərdarsınız. Hüquq-mühafizə orqanları onların xuliqanlıq etdikləri üçün saxladıqlarını iddia edir. Lakin onların müdafiəçiləri gənclərin həbsini onların internetdə hökumət əleyhinə fəaliyyətləri ilə əlaqələndirir. Siz bu məsələni Azərbaycan rəsmiləri ilə müzakirə etdinizmi?
- Bu məsələ hakimiyyətlə apardığım müzakilərin mərkəzində olub. Prezident aparıtının şöbə müdiri Əli Həsənov mənimlə söhbətində ehtimal etdi ki, bloqqerlərin prosesi Qənimət Zahid və ya Eynulla Fətullayevin işləri kimi yekunlaşmaya bilər. Mən bunu yaxşı xəbər adlandırardım. Çünki cənab Həsənov bu prosesi dərindən izləyir. Amma burada da polisə deyilməlidir ki, öz səlahiyyətindən kənara çıxmasın. Əks-halda hüquqi mahiyyəti şübhə yaradan işlər meydana çıxır. Bloqqerlərin işi o baxımından mühümdür ki, internet plüralist informasiyanın qaynağıdır və interneti məhdudlaşdırmaq və ya hədəfə götürmək olmaz.
- Deyilənə görə, səfəriniz zamanı həbsdə olan jurnalistlərlə də görüşmüsünüz. Onlara nə dediniz?
- Mən onlarla işləri, gözləntiləri və səhhətləri barədə söhbət etdim. Azərbaycan həbsxanasında saxlanılan məhbuslardan biri vəfat edəndən sonra dustaqların səhhəti məsələsi mühüm məqama çevrilib. Qənimət Zahid və Eynulla Fətullayev həbsxanadakı saxlanma şəraitindən şikayət etmədilər. Halbuki, məndə olan məlumata görə, onların səhhəti bir o qədər də yaxşı deyil. Mən istəyirəm ki, həm onlar, həm də bütün Azərbaycanda bilsinlər ki, unudulmayıblar. Onların üzləşdikləri təkrarlanmamalıdır, çünki, bu, söz azalığı ilə bir araya sığmır.