Fontu böyüt:
1969-cu ilin sentyabr ayının 2-də ABŞ hərbi-sənaye qurumunun xətti ilə bir layihə həayata keçirildi.Layihəyə əsasən 20 tədqiqatçıdan ibarət qrup Kaliforniya Universitetində Len Klyanrokun laboratoriyasında toplaşaraq görünməmiş bir prosesin şahidi oldular: iki kompüter uzunluğu üç metr olan boz rəngli kabel vasitəsilə bir-birinə mətnli məlumat göndərməyə başlayıblar. Bununla da internetin prototipinə, Arpanet şəbəkəsinə start verildi.
1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən proqram yaradıldı. İlk dəfə olaraq "@" işarəsi elektron poçt ünvanlarında işlənməyə başladı və 1980-ci ildən bu işarə beynəlxalq standart kimi qəbul olundu.
1989-1990-cı illərdə WWW (World Wide Web-Ümumdünya hörümçək toru) sistemi yaradıldı.Belə ki, ingilis alimi Tim Berners Li hipermətnli sənədlər texnalogiyasını yaratdı.
Azərbaycanda isə ilk dəfə İnternetə qoşulma 1994-cü ilin əvvəllərində Elmlər Akademiyasının AİS(Avtomatlaşdırılmış İdarə Sistemləri) şöbəsində (indiki AMEA İnformasiya Texnologiyaları İnstitutu) həyata keçirilib.
Beləliklə, öncə elmvə təhsil qurumlarını birləşdirən ARPANET sadə kompüter şəbəkəsi qısa bir müddətdə böyük populyarlıq qazandı.Məhz bu şəbəkə indiki internetin əsası oldu. Hal-hazırda İnternet sözün həqiqi mənasında nəhəng bir informasiya okeanına çevrilib.