Fontu böyüt:
Bakı Apellyasiya Məhkəməsində "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) qarşı qaldırdığı iddiaya dair Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətinə baxılıb.
İTV-dən APA-ya verilən məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Mübahisələrə dair işlər üzrə Kollegiyası tərəflərin təqdim etdikləri sübutları və izahatları araşdıraraq şikayəti əsassız olduğu qənaətinə gəlib və onu təmin etməyib. Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin 3 mart 2009-cu il tarixli qətnaməsini qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı 1 saylı Yerli İqtisad Məhkəməsinin 3 mart 2009-cu il tarixli qətnaməsi ilə "Azərbaycanfilm" Kinostudiyası və Professional Kinorejissorlar Gildiyasının üzərinə İTV ilə Azərbaycan filmlərinin yayımı, qonorarın həcmi və hesablanmasını tənzimləyən qanunamüvafiq müqavilənin imzalanmasına dair öhdəlik qoyulub.