Sosial şəbəkə Yahoo!-nu bir sıra patentlərin pozulmasında ittiham edir.
Facebook sosial şəbəkəsi Yahoo! şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq əvvəllər patent hüququnun pozulması ilə bağlı səsləndirilən iddialara cavab verib.
Facebook sosial şəbəkəsi Yahoo! şirkətinə qarşı qarşılıqlı iddia qaldıraraq əvvəllər patent hüququnun pozulması ilə bağlı səsləndirilən iddialara cavab verib.
İddiada Facebook Yahoo!-nu sosial şəbəkəyə məxsus bir sıra patentlərin pozulmasında ittiham edib.
Sosial şəbəkə nümayəndələrinin fikrincə, Yahoo!-nun əsas səhifəsi və orada yerləşdirilən reklam, xəbərləri istifadəçilərin maraqlarına uyğun seçən C.O.R.E. texnologiyası, eləcə də şirkətə məxsus populyar Flickr fotohostinqi Facebook-un patent hüquqlarını pozur, Cybersecurity yazır.
İki şirkət arasında patent mübarizəsi 2012-ci il fevralın sonunda - Yahoo! Facebook-u özünün 10 patentinin pozulmasında ittiham etdikdən sonra başlayıb. İki həftə sonra şirkət sosial şəbəkəni məhkəməyə verib. İddialarda internet-reklamın göstərilməsi, mətnli məlumatların ötürülməsi, sosial şəbəkələrdə şərhlərin edilməsi texnologiyası yer alıb. Facebook bu ittihamları rədd edir.
anspress