Fontu böyüt:
Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, “Azərpoçt” MMC ilin sonuna kimi regionlarda bir sıra yeni tikilmiş poçt şöbəsi binalarının istifadəyə verilməsini planlaşdırır.
Respublikanın Lerik (Veri və Züvüc kəndləri) və Gədəbəy (Dəyirmandağ və Qaramurad kəndləri) rayonlarında poçt şöbələri üçün yeni binalar istifadəyə verilib. Bundan əlavə, dekabrın 28-də və 29-da “Azərpoçt” tərəfindən Ağdaş rayonunun Yuxarı Ləki, Ağsu rayonun Padar, eləcə də Yevlax rayonunun Xaldan və Tanrıqullar kəndlərində poçt şöbələri üçün yeni binaların açılışı nəzərdə tutulur. Yeni binalar milli üslubda tikilib və lazımi texniki avadanlıq, eləcə də mebellə təchiz olunub.