İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda sosial şəbəkələr bağlana bilərmi?

28.03.2014 [15:46]

Fontu böyüt:      

Osman Gündüz: "Bu, informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilir”
Osman Gündüz: "Bu, informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilir”
Türkiyədə «Twitter» sosial şəbəkəyə giriş bir həftə öncə məhdudlaşdırılmışdı. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. Məlumata görə, Ərdoğan mitinqdə, ""Twitter"in-filanın, hamısının kökünü qazıyacağıq" deyib.
 Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb. Lakin bir neçə gündən sonra  Türkiyədə məhkəmə "Twitter” sosial şəbəkəsinə qoyulmuş qadağaya xitam verilməsi ilə bağlı qərar qəbul edilib. Bu barədə qərar Ankara15-ci İnzibati Məhkəməsi tərəfindən qəbul olunub.
 Bəs, analoji hadisə Azərbaycanda təkrarlana bilərmi? Nəzərə alsaq ki, Azərbaycan hakimiyyəti  sosial şəbəkələrdə kifayət qədər ciddi şəkildə tənqid olunur.  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz facebookun fəaliyyətinin ölkə ərazisində dayandırılmasının mümkünlüyü ilə bağlı  "Gündəlik Bakı”ya açıqlama verərkən bildirdi ki, Azərbaycanda sosial şəbəkələrin bağlanmasını gözləmirik: "Çünki Azərbaycanda nəinki bunun bağlanması istiqamətində əksinə biz müşahidə edirik ki, hökumət bu sahənin daha da inkişafına yönələn addımlar atır.
 Bir misal çəkə bilərəm ki, bu il təkcə genişzolaqlı internetin inkişafı üçün 100 milyona qədər vəsait ayrılıb. Eyni zamanda Azərbaycanda ciddi siyasi hadisələr olan vaxt bizim monitorinqlərin nəticəsi göstərib ki, həmin dövrlərdə nə Facebook, nə də Twitter sosial şəbəkə bağlanmayıb. 
Siyasi gərginliyin yüksək həddi olduğu vaxtlarda belə bu cür şəbəkələr ölkəmizdə bağlanmayıb. Ona görə həm hökumət tərəfindən internetin inkişafına atılan addımlar, həm də əvvəlki dövrlərdə baş verən hadisələr göstərir ki, Azərbaycanda ən kritik anlarda belə sosial mediaya girişin məhdudlaşdırılması olmayıb. Ona görə də mən düşünürəm ki, digər qonşu ölkələrdə baş verən addımlar ölkəmizdə təkrarlanmayacaq.
 Eyni zamanda bu, Azərbaycanın beynəlxalq imicinə də ciddi zərbə vurardı. Yəni bu, informasiya vasitələrinə girişin məhdudlaşdırılması insanların əsas fundamental hüquqlarından olan informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi dəyərləndirilir. Bu, beynəlxalq qurumlar tərəfindən pis qiymətləndirilir. 
Bütün bunlar bunu göstərir ki, belə bir hal Azərbaycanı gözləmir. Türkiyə hakimiyyətinin atdığı addım qeyri-qanuni addımdır. Yəni əsaslandırılmayan bir addımdır. Əgər hansısa dənizdə bir damla çirkli su varsa, onda dənizi qurutmağa ehtiyac yoxdur.
 Seçki ilə bağlı hökumət yəqin ki, müəyyən informasiyaların yayılmasının qarşısını almaq məqsədilə bu addımı atıb. Bu addım da qeyri-qanunidir. Beynəlxalq normalara ziddir. 
Mən bildiyimə görə, Türkiyənin özünün məhkəmələri Twitter sosial şəbəkəsinin bağlanmasını qeyri-qanuni olduğunu bildirib. Twitterin qapanması ilə bağlı qərarı ləğv edib. Bildiyim qədər orada sosial şəbəkələrə giriş sərbəstdir”.(GÜNDƏLİK BAKI)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar