Fontu böyüt:
İran adlanan yerdə internet saytlarını süzgəcdən keçirən komitə yaradılır.Eyni zamanda SMS-lərə nəzarət edəcək prokurorluq fəaliyyətə başlayır.
Dekabrın 19-da deputat Əmin Həsən Rəhimi jurnalistlərə açıqlamasında İran adlanan yerin parlamentinin “Kompüter pozuntuları layihəsi" adlı qanun layihəsi qəbul etdiyini bildirib. www.D-A-K.org –un “Media forum”a istinadən yaydığı məlumata görə, Rəhimi qanun layihəsində müxtəlif informasiya saytlarında gedən materialları süzgəcdən keçirmək üçün fəaliyyət göstərəcək bir komitənin də yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb. O, komitəyə Təhsil, İnformasiya və Texnologiya, Təhlükəsizlik (“Ettelaat”), Ədliyyə, İslami İrşad və Mədəniyyət nazirliklərinin nümayəndələri, Teleradio Şirkətinin rəhbəri, İslami Təbliğat Təşkilatının rəisi, Hüquq-Mühafizə Qüvvələrinin (Daxili Qoşunlar) komandanı, informasiya və kommunikasiya texnologiyaları üzrə bir ekspert və İran adlanan yerin parlamentinin bir deputatının daxil olacağını bildirib.
Tehran prokuroru Səid Mürtəzəvi isə jurnalistlərə açıqlamasında internet və kompüter qanun pozuntuları ilə əlaqədar özəl bir prokurorluğun gələn həftədən rəsmən işə başlayacağını deyib. Həmin prokurorluq vətəndaşların mobil telefonlarından biri-birlərinə göndərdiyi SMS-ləri nəzarət altında saxlayacaq.
xeberler.az/Ellada