Fontu böyüt:
APA-nın verdiyi xəbərə görə, Azərbaycanın Təhsil naziri Misir Mərdanov "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın icrası məqsədilə hazırlanan Fəaliyyət Planını təsdiqləyib.
Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir.
I. Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
• Bakı və Sumqayıt şəhərlərinə 2005-ci ildə verilmiş kompyuterlərin 1500 ədədinin modernləşdirilməsi və onların regionlara göndərilməsi, bu təhsil müəssisələrinə götürülmüş kompyuterlərin əvəzinə yeni 1500 ədəd kompyuterin verilməsi;
• Təhsil müəsiisələrinin kompüter avadanlıqları ilə təchiz edilməsi;
• Ümumtəhsil məktəblərinin, orta ixtisas təhsili müəssisələrinin, təhsil şöbələrinin İKT avadanlıqları ilə təmin olunması (500 noutbuk, 500 proyektor, 1000 Intel netbuk, 3000 HP stolüstü kompyuter)
• Azərbaycan Təhsil Şəbəkəsinə əlavə 500 təhsil müəssisələrinin qoşulması, onların yüksək sürətli İnternetə çıxışla təmin edilməsi;
II. Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi
• 5 məktəb və 5 Təhsil şöbəsində fiberoptik İnternet və İntranet şəbəkəsinin qurulması, zəruri olan avadanlıqlar və proqram təminatı ilə təmin edilməsi;
• Müvafiq mikro-maliyyə qurumlarını cəlb edərək “Bir şagird bir kompyuter” layihəsinin əhatə dairəsinin genişləndirilməsi;
• “Elektron Təhsil” Respublika müsabiqəsinin keçirilməsi;
• Məsafədən təhsilin inkişaf etdirilməsi;
• Təhsil portalının yeni dizaynda ( www.edu.az ) istifadəyə verilməsi;
• Təhsil Nazirliyi nəzdində fəaliyyət gösətrən Elektron Tədris Resurslarının Qiymətləndirlməsi Şurası tərəfindən yeni resursların qiymətləndirilməsi və təhsil portalında yerləşdirilməsi;
• Dövlət Proqramının saytının istifadəyə verilməsi;
• www.video.edu.az portalı fəaliyyətinin genişləndirilməsi;
III. Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması
• Təhsildə “Elektron hökumət” xidmətlərinin göstərilməsinə davam etdirilməsi; • Təhsil sistemində elektron imza və elektron sənəd dövriyyəsi mexanizmlərinin işlənilməsi və tətbiq olunması;
• AEL, Elektron Dərsləri İdarəetmə proqramı (elektron dərslər, onların yaradılması, idarə edilməsi, virtual sinif yaratma imkanı) və Elektron Məktəb İdarəetmə Proqramının (mövcud məlumat əsasında şagird və müəllimlər haqqında məlumatın avtomatlaşdırılmış idxalı/ixracı və dərs cədvəlinin generasiyası) tətbiqinin genişləndirilməsi;
• Yeni elektron məktəblərdə elektron jurnalın istifadəsinə tam keçilmənin təmin edilməsi;
IV. Kadr potensialının gücləndirilməsi
• Təhsil sisteminin inzibati-idarəetmə heyətinin savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə treninqlər (500 nəfər);
• Təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə treninqlər (22000 nəfər);
• Təhsil sisteminin texniki heyətinin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirilmiş (400 nəfər);
• Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin (30 pilot məktəb) pedaqoji heyətinin təhsil portalından istifadə üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlər (200 nəfər);
• “Bir şagird bir kompüter” layihəsi çərçivəsində pedaqoji heyətin İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə treninqlər (500 nəfər);
• “Həmkara dəstək” layihəsi çərçivəsində tədbirlərin həyata keçirilməsi üzrə treninqlər (200 nəfər).
V. Normativ hüquqi bazanın təkmilləşdirilməsi
• Təhsil üzrə İnternet resurslar kataloqunun hazırlanması;
• Elektron tədris vəsaitlərinin sınaqdan keçirilməsi (aprobasiya) qaydalarının hazırlanması;
• Elektron resursların qəbulu, təhvil-təslim Aktının (Lisenziyanın) hazırlanması;
• Elektron təhsil məzmunun formatları üzrə (şəkil, mətn, audio, video, təqdimat, digər) standartların və normativlərin hazırlanması.
VI. Distant təhsil üzrə
“Elektron Təlimləndirən Sistemlər” layihəsinə start verilmişdir.
Layihə çərçivəsində aşağıda qeyd olunan işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
• Şagird və müəllim heyətinə ən yeni texnologiya və proqram təminatları ilə təchiz olunmuş “Apple İnc.” şirkətinin istehsalı olan MacBook notebooklarının təqdim edilməsi;
• Şagirdlərin yaşadıqları evlərin Azərbaycan Təhsil Şəbəkəsinə və İnternetə çıxışla təmin edilməsi;
• Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədi ilə müəllimlər üçün ayrılan Tədris Mərkəzinin yüksək sürətli fiberoptik İnternet və İntranet bağlantıları ilə təchiz olunması;
• “Elektron Təlimləndirən Sistemlər” təlim vəsaiti əsasında təlimçi heyətinin hazırlanması.