21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
"Azadlıq radiosu"nun Azərbaycan xidmətinin Bakı redaksiyasında heç bir ştat ixtisarı yoxdur. Bu barədə "Turan"a Bakı redaksiyasının rəhbəri Xədicə İsmayılova Azərbaycan xidmətinin bəzi verilişlərinin bağlanması və ştatların ixtisar edilməsi haqda məlumatları şərh edərkən bildirib.
Xədicə İsmayılovanın dediyinə görə, keçən həftə "Xəbər-ətər" səhər verilişinin bağlanması və "Can Bakı" verilişinin bağlanmasının planlaşdırılması bu proqramların FM-yayım formatı üçün nəzərdə tutulması ilə əlaqədardır. FM tezliklərdə yayımın dayandırılması ilə adıçəkilən verilişlərin də buraxılışı dayandırılır. Lakin X.İsmayılova qeyd edib ki, ştat ixtisarı aparılmır və verilişlərin işçiləri yeni layihələrə keçirilir. Xüsusən, xidmətin www.azadliq.org saytında foto və video reportajlardan istifadə ilə yeni multimedia layihələri tətbiq edilir. Bundan başqa, jurnalist araşdırmaları və yeni tematik rubrikalara daha çox diqqət yetirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, "Xəbər-ətər" verilişi hər gün 2 saat, "Can Bakı" isə 1 saat ərzində efirə çıxırdı.