Fontu böyüt:
Vikipediya beynəlxalq açıq ensiklopediyasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yerləşdirilib (http://en.wikipedia.org/wiki/ Economy_of_Nagorno-Karabakh).
APA-nın məlumatına görə, Dağlıq Qarabağı müstəqil inzibat vahid kimi təqdim edən ensiklopediya bu bölgənin 1991-ci il dekabrın 10-da müstəqilliklə bağlı referendum keçirdiyini və Azərbaycandan ayrılaraq öz müstəqilliyini elan etdiyini vurğulayır. “Ölkənin” rəsmi dilinin erməni dili olduğu bildirilən məlumatda 11,458.382 kvadrat metr ərazisi olan “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq telefon kodu (374 47), “valyutası” (erməni dramı), “prezidenti” (Bako Saakyan), “baş naziri” (Arayik Harutyunyan) barədə də qeydlər var.
Vikipediyada həmçinin “Dağlıq Qarabağ Respublikası”nın iqtisadiyyatı (114 milyon ABŞ dolları), sənayesi, maliyyə sistemi, fəaliyyət göstərən banklar, xarici ticarətinə dair məlumatlar da verilib. Məlumatda eyni zamanda müstəqil dövlət kimi təqdim olunan Dağlıq Qarabağın MDB ölkələri, Qərbi və Şərqi Avropa, Birləşmiş Ştatlar və Kanada ilə idxal-ixrac əməliyyatları apardığı qeyd olunur.
Qeyd edək ki, Vikipediya - Vikimediya Fondunun (Wikimedia Foundation)-ın təşəbbüsü ilə qurulub. Vikimediya Fondu qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır və bir sıra başqa azad məzmunlu layihələri idarə edir. Vikipediya dünyada ən böyük sərbəst ensiklopediya hesab olunur.