Fontu böyüt:
Microsoftun rəsmisi Corc Statkulos BBC-yə verdiyi müsahibədə "Bu pis məqsədlə hazırlanmış proqramdır. Firmamız bu hücuma qarşı heç nə edə bilmir" - deyib.
Corc həmçinin əlavə etdi ki, "Virus özü-özünü çoxaldır. Nəticədə şirkətin ən son təhlükəsizlik sistemi də onu deaktiv edə bilmir. Bundan başqa virusun həcmi çox kiçikdir. Ona görə də internet və USB vasitəsi ilə rahat ötürülə bilir".
Sonda Corc Statkulos qeyd etdi ki, "Müştərilərimiz qarşısında üzümüz qaradır. Ancaq Konfikə virusunu hazırlayan hakeri tapana 250 min dollar mükafat veriləcək"
Xatırladaq ki, virus 12 milyon kompüteri yararsız hala gətirib.