İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron hökumət internet portalının (www.ehdis.az) I fazası istifadəyə verilib.

25.04.2012 [18:24]

Fontu böyüt:      

Azərbaycan vətəndaşları elektron portal vasitəsilə müxtəlif dövlət orqanlarının elektron xidmətlərindən istifadə edə biləcəklər. Portal vasitəsilə göstəriləcək elektron xidmətlərin təxmini siyahısı hazırlanaraq
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov bildirib ki, portal “bir pəncərə” prinsipi ilə işləyəcək. Azərbaycan vətəndaşları elektron portal vasitəsilə müxtəlif dövlət orqanlarının elektron xidmətlərindən istifadə edə biləcəklər. Portal vasitəsilə göstəriləcək elektron xidmətlərin təxmini siyahısı hazırlanaraq Nazirlər Kabinetinə göndərilib və birinci mərhələdə təsdiqdən keçib.

Qeyd edək ki, bu ilin aprel ayına qədər portala 16 mərkəzi icra orqanları qoşulub. Onların arasında Daxili İşlər, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları, Vergilər, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Təhsil və Səhiyyə nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi də var. Portala mərkəzi icra orqanlarının 60-a yaxın elektron xidməti inteqrasiya olunub. İcra orqanlarının portala qoşulması davam etdiriləcək və bütün mərkəzi icra orqanlarının elektron xidmətləri əks olunacaq. 2013-cü ilin ikinci yarısında Azərbaycanda 300-ə yaxın elektron xidmətin istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, portaldan istifadə etmək üçün elektron imza kartına sahib olmaq lazımdır. 3 il müddətinə verilən elektron imza kartı fərdi şəxslərə 20-30 manata, dövlət hakimiyyəti orqanları üçün 135 manata, hüquqi şəxslər üçün isə 168 manata təklif olunur. Elektron imza-nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq. (APA)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar