21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndiFontu böyüt:
04. 03. 2008
Azərbaycan İnternet Forumunun
Məlumatı
AIF İnternetin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Təkliflər təqdim edib.
Təkliflərdə 27 fevral tarixdə AİF tərəfindən İnternet ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə qeyd olunanlar da nəzərə alınıb.
Təkliflərdə ölkədə İnternetin inkişaf tempinin daha da artırılmasına , internet xidmətlərinin qiymələrinin endirilməsinə, İnternet bazarında sərbəst və azad bazar rəqabətinin formalaşmasına, dövlət rabitə müəssisələri və özəl provayderlər arasında münasibətlərin ədalətli qurulmasına kömək edəcək müddəalar öz əksini tapıb.
Təkliflərdə dövlət rabitə müəssisələri tərəfindən özəl provayderlərdən hər müştəriyə görə əsassız olaraq tutulan aylıq ödənişlərin dərhal ləğv edilməsi, Özəl Provayderlərin ATS - lərə ödədikləri avadanlıq və kanal xərclərinin azaldılması istiqamətində RİTN tərəfindən ciddi tədbirlərin görülməsi zəruri hesab edilib.
Təkliflərdə Provayderlərin Global şəbəkəyə bağlantı kanallarının qiymətlərinin endirilməsi imkanlarının bir daha davam etdirilməsi məqsədəuyğun hesab olunub. Bu istiqamətdə hökumətin yardımlarının da nəzərdən keçirilməsinin səmərəli ola biləcəyi vurğulanıb.
Təkliflərdə ölkədə internetin kütləviliyinin və populyarlığının artırılmasına , ADSL modemlərin güzəştli qiymətlərlə satılmasına, İctimai İnformasiya Mərkəzlərinin formalaşdırılmasına xidmət edən Proqramların və Layihələrin dövlət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd olunub.
Rabitə və İnformasiya Texnologiyaları cənab Əli Abbasova ünvanlanan Təkliflərdə həmçinin Provayderlərin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində, eyni zamanda İnternet xidmətlərinin keyfiyyətinin və qiymətlərinin vəziyyətin öyrənilməsi məqsədilə dövlət, biznes və vətəndaş cəmiyyəti qurumlarının iştirakı ilə Monitorinqlərin keçirilməsinin əhəmiyyətli olacağı bildirilib.
Təkliflərdə həmçinin milli internet ünvanların( .az domeninin) qeydiyyatı prosesinin legitimləşdirilməsi istiqamətində də müddəalar öz əksini tapıb.
AİF
492-44-44
[email protected]
www.cit.az