Fontu böyüt:
Hindistanın Spise firması dəyəri 20 ABŞ dolları olan dünyanın ən ucuz telefonunu istehsal edib. Bu telefonun ekranı və digər funksiyaları yoxdur. Çünki istehsalçılar bunu lazım bilməyiblər. Kompaniya nümayəndələri bu telefonu “Sadəcə telefon” adlandırır və yaxın vaxtlarda telefon bazarına 10 milyon ədəd belə telefon “tullamaq” fikrindədir. Spise az bir zamanda dünyaya 10-20 dollar arası qiymətdə telefonlar “hədiyyə” etməyi planlaşdırır.
Spise firması kor abonentlər üçün də həmin qiymətə Braille Phone telefonları istehsal edib. Bu telefonların düymələrinin üzəri Brayl sistemi üzrə yazılıb.
Telefonların bu qiyməti ən çox tələbələri maraqlandıra bilər.
Ən ucuz telefonun qiyməti 20 dollardısa, görəsən, ən ucuz kompüter neçəyədi?
Ən ucuz kompüter 12 dollar qiymətində olacaq. Superucuz kompüteri Massaçuset (ABŞ) Texniki Universitetində təşkil olunmuş sammitin iştirakçıları olan konstruktor komandası yaradıb.
Kompüter, oyunlar üçün nəzərdə tutulmuş kiçik klaviaturaya bənzəyir. Konstruktorlar ona mobil telefon vasitəsilə İnternətə çıxış əlavə edəcəklər. Lakin cihazın özünün yaddaşı yoxdur. Mühəndislər onu da quraşdırmağı düşünürlər.
Kütləvi İnformasiya Vasitələrinin yazdığına görə, bu cür kompüterlər məktəblərdə kiçik yaşlı uşaqları klaviaturaya və “siçan”a alışdırmaq üçün yararlı ola bilər.