21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.MTRŞ-dan xeberler.az-a verilən məlumata görə bu günkü iclasda Azad Azərbaycan (ATV) Teleradio Yayım Şirkətinin birbaşa peyk vasitəsilə yayımlanacaq “ATV İnternational” (ATV İNT) televiziya kanalına xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb.
Şura “Televiziya və radio yayımı haqqında” qanunun 14.1, 29.2-ci maddələrinə və “Milli televiziya və radio yayımı haqqında əsasnamə”nin 7.3-cü, 8.1-ci bəndlərinə uyğun olaraq ATV-nin “ATV İnternatiolan” (ATV İNT) kanalına birbaşa peyk yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verib.
Qeyd edək ki, yeni beynəlxalq televiziya ingilis, rus, fars, türk və erməni dillərində xəbərlər, verilişlər yayımlayacaq.