İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Günləri keçiriləcək

15.10.2013 [06:46]

Fontu böyüt:      

7-9 Noyabr tarixdə Bakıda Startup Günləri keçiriləcək. Startup Günləri Azərbaycan İnternet forumu tərəfindən Startup Azərbaycan Layihəsi çərçivəsində keçirilir.
7-9 Noyabr tarixdə Bakıda Startup Günləri keçiriləcək. Startup Günləri Azərbaycan İnternet forumu  tərəfindən Startup Azərbaycan  Layihəsi çərçivəsində keçirilir.

Startup Günlərinin əsas məqsədi  yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işləri təşkil etmək, yeni formalaşmaqda olan  startupçıları, startup komandalarını İnternet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək,  startupçılar arasında əlaqələri gücləndirməkdir.

Startup Günlərində yeni fəaliyyətə başlayan startupçılar üçün Təlimlərin keçirilməsi,  onların uğurlu startup Layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında startup komandalarını formalaşdırmaqla yeni startup layihələrinin hazırlanması nəzərdə tutulur.

Komandalar iştirakçılar arasından seçilməklə formalaşdırılacaq.   Bu startup komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə   İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – “mentor”lardan ibarət ekspert qrupları formalaşdırılacaq.

 Komandaların hazırladığı Layihələrin yarışması təşkil olunacaq və peşəkar münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunacaq.

Startup Günlərində İnternet biznes qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər.

Startup Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssislər, uğurlu startup rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər. Tədbirlər müddətində uğurlu startup təmsilçilərinin  master-klasları və yeni fəaliyyətə başlayan  startupçılarla görüşləri də nəzərdə tutulub.
Startup günlərinin gedişində  davamlı olaraq fəaliyyət göstərən Startup Məktəbinin yaradılması nəzərdə tutulur. Startup Məktəbində gənc startupçılar üçün İnternet biznesin inkişafı və spesifik xüsusiyyətləri, investorların tapılması və onların sərmayə yatırımı ilə bağlı inam yaradılması istiqamətində Təlimlərin keçirilməsi planlaşdırılıb.
Startup Günlərinin 3 gün davam edəcəyi nəzərdə tutlub.

Startup Günlərinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi və Yüksək Texnologiyalar Parkı  dəstək verir.
Startup Günlərinin Baş sponsoru Bakcell şirkətidir.  
İnfi Pro şirkəti də Startup Günləri Layihəsinə dəstək verir.
Geniş məlumat : www.startupdays.startup.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar