İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Win Phone 2 müsabiqəsinə start verildi

21.01.2013 [14:00]

Fontu böyüt:      

Yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.
“Hackathon Azerbaijan” layihəsi çərçivəsində daha bir müsabiqəyə start verilir. Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyi, “Bakcell”in baş sponsorluğu, “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel”-in təşkilati dəstəyi ilə keçirilən müsabiqənin təşkilatçısı “İlk Addımlar” elektron tədris layihəsidir.

Mobil tətbiq müəllifləri üçün nəzərdə tutulan«Win Phone 2» adlı növbəti müsabiqə 21 yanvar – 10 mart 2013-cü il tarixlərini əhatə edəcək.

Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata əsasən, yarışmanın keçirilməsində əsas məqsəd Azərbaycanda “Windows 8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir. Yarışmaya iştirakçı olaraq qatılma şərtləri isə çox sadədir. Bunun üçün 21-31 yanvar 2013-cüi il tarixləri arasında www.hackathonazerbaijan.org saytına daxil olaraq, qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən şəxslərin müsabiqədə iştirakçı olaraq təmsil olunmaları müvafiq seçim əsasında müəyyənləşəcək.

Cari ilin fevral ayının 3-də isə yarışmada iştirak hüququ qazanan iştirakçılar üçün ilk təlim reallaşdırılacaq. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar