The New York Times qəzetinin yazdığına görə, Google şirkətini təsis edənlərdən biri Sergey Brin, 2011-ci ildə russiyanın “Soyuz” kosmik gəmisində kommersiya əsasında keşirilən uçuşun iştirakçısı olacaq.
Nəşrin verdiyi məlumata əsasən, Sergey Brin kosmik turistlərin BKS-ə (Beynəlxalq Kosmik Stansiyasının) uçuşunu təşkil edən Space Adventures şirkətinin yeni səhmdarı olub. Google təsisçisi şirkətə, uçuş haqqı kimi qəbul ediləcək beş milyon dollar yatırıb.

Space Adventures hesabında kosmik uçuş həyata keçirən artıq altı turist var. Lakin qabaqlar BKS-ya səyahət etmək üçün turistlər bir boş yerə namizəd ola bilərdilər.
Buna görə də Space Adventures kommersiya məqsədləri üçün reysin birini tamamilə almaq qərarına gəlib. Verilən məlumata əsasən, kosmik uçuşa xüsusi hazırlıq keçən iki turist və bir kapitan yollanacaqlar.
/RABITA.AZ/