Fontu böyüt:
Ermənistan Sambo Federasiyasının rəsmi saytı azərbaycanlı hakerlərin hücumuna məruz qalıb. Ermənistan mətbuatının yaydığı məumata görə, saytın əsas səhifəsində Azərbaycan bayrağı və “Biz heç vaxt Mübariz İbrahimovu unutmayacağıq” yazısı peyda olub. Saytda yenidənqurma işləri aparılıb və hazırda onun fəaliyyəti normallaşıb.
Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov iyun ayının 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.
Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.