İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Tələbələr üçün gələcəyin tədqiqi və proqnozlaşdırma sahəsində tədris-təlim layihəsi həyata keçirilir

19.10.2009 [13:24]

Fontu böyüt:      


Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Minilliyin Layihəsi (Millennium Project) və Azərbaycan Futuroloqlar Cəmiyyəti (Minilliyin Layihəsinin Azərbaycan bölməsi) ADİU-nun tələbələri üçün gələcəyin tədqiqi və proqnozlaşdırma sahəsində “Azerbaijan Foresight” ingilis dilli birgə tədris-təlim layihəsini həyata keçirirlər.

ADİU-nun tələbələri bir il ərzində ABŞ, İngiltərə, Kanada, İtaliya, Venesuela və Yaponiyanın bu sahədə aparıcı mütəxəssislərinin köməyi ilə gələcəyin tədqiqi və proqnozlaşdırma sahəsində biliklər əldə edəcəklər.

Qeyd edək ki, bu, MDB ərazisində gələcəyin tədqiqi və proqnozlaşdırma sahəsində tədrisin dünya şöhrətli professorlar və tədqiqatçılar tərəfindən həyata keçirildiyi ilk belə layihədir. Layihənin unikal xüsusiyyəti bundan ibarətdir ki, o, on-layn rejimində videokonfrans formatında gerçəkləşdirilir. Müxtəlif ölkələrdən olan müəllimlər eyni vaxtda auditoriya ilə ünsiyyətdə olaraq, prezentasiyaları həyata keçirə və informasiya texnologiyalarının bütün imkanlarından tam istifadə edə bilərlər. Bu, məsafəli təhsil olmayıb, məhz real zamanda virtual məkanda təlimin interaktiv formasıdır. Ali məktəb təhsili təcrübəsində tədris məqsədləri üçün belə formatdan istifadə hələ tətbiq olunmadığından, yeni səciyyə daşıyır.

Söhbət birdəfəlik konfranslardan deyil, tam təhsil layihəsi çərçivəsində planauyğun tədris məşğələlərindən gedir.

Bu il Azərbaycan ilk dəfə Azərbaycan Futuroloqlar Cəmiyyətinin timsalında Planlaşdırma Komitəsinin 15-17 iyulda ABŞ-nın Çikaqo şəhərində keçirilmiş simpoziumunda təmsil olunub.

Minilliyin Layihəsi tərəfindən işlənib hazırlanmış kursun proqramı iki semestr üçün nəzərdə tutulub. Bu, insan fəaliyyətinin və qlobal varlığın müxtəlif sahələrində ən yeni elmi məlumatlardan istifadə edilməklə ingilis dilində 48 saatlıq interaktiv təlimdir.

Minilliyin Layihəsinin 15 Qlobal Çağırışının Azərbaycana və onun iqtisadiyyatına, siyasətinə potensial təsiri, dünya birliyində vəziyyət prizmasından öyrənilməsi və nəzərdən keçirilməsi və bunun nəticəsi kimi tələbələr tərəfindən ölkə üçün bu və ya digər çağırışların tənzimlənməsi məqsədilə fəaliyyət strategiyasına dair təkliflərin ifadəsinə cəhd göstərilməsi nəzərdə tutulur. Həmin çağırışlar sırasında ekologiyanın, sosial inkişafın qlobal problemləri, yeni informasiya cəmiyyəti və bu gün Azərbaycanın gələcək inkişafı üçün gündəlikdə duran digər çağırışlar qeyd olunmalıdır.

Proqramın sonunda imtahanların və diplom işinin nəticələri üzrə bütün məzunlar təşkilatçılardan diplomla təltif olunacaq.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar