İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ŞOK! Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi pullu telefon xidmətini qüvvədə olmayan qanunla yasaqlayıb

21.10.2010 [13:38]

Fontu böyüt:      

Küçələrdə, metro ətraflarında mobil telefonlardan istifadə qadağan olunub. Bu haqda küçədə 20 qəpik verib mobil telefon xidmətindən istifadə edənlərdən biri məlumat verib. Onun sözlərinə görə, telefondan istifadə etmək üçün müraciət edəndə, “İcazə yoxdur. Polislər gəlib icazə olmadığını dedilər. Əks təqdirdə kimdə tutsalar cərimə edəcəklər”-deyiblər

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi pullu telefon xidmətini qüvvədə olmayan qanunla yasaqlayıb

Küçələrdə, metro ətraflarında mobil telefonlardan istifadə qadağan olunub. Bu haqda küçədə 20 qəpik verib mobil telefon xidmətindən istifadə edənlərdən biri məlumat verib. Onun sözlərinə görə, telefondan istifadə etmək üçün müraciət edəndə, “İcazə yoxdur. Polislər gəlib icazə olmadığını dedilər. Əks təqdirdə kimdə tutsalar cərimə edəcəklər”-deyiblər.

Məsələni araşdırarkən bəzi mətləblər ortaya çıxdı. Metronun “Neftçilər” stansiyasının yaxınlığında telefon xidməti göstərən şəxs qadağanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən gəldiyini bildirdi: “Hansımızda görsələr 500 manatdan 3000 manata qədər cərimə edəcəklər. Nazirlik deyir ki, mütləq lisenziya alınmalıdır. O da çox bahadır, necə alaq? Gün ərzində dəfələrlə gəlib yoxlayırlar”.

“Elmlər Akademiyası” stansiyasının qarşısında xidmət göstərən şəxs isə pullu telefon xidmətinin qanunla yasaqlandığını Pullu telefon xidməti qüvvədə olmayan qanunla yasaqlanıb dedi: “TelePullu telefon xidməti qüvvədə olmayan qanunla yasaqlanıbkanallar da gəlib çəkiliş apardı. Milli Məclis qanun qəbul edib, pullu telefon danışığı yasaqdır. Kimdə tutsalar, cərimə edəcəklər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə hər hansı göstəriş verilməyib. Mətbuuat xidməti bu hadisədən xəbəsizdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov isə məsləyə belə aydnlq gətirdi: “Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə baxılıb və bəzi dəyişikliklər olunub, cərimələrin edilməsi nəzərdə tutulub. Qərar Milli Məclisdə təsdiq olunub, prezident tərəfindən də təsdiqləndikdən sonra mobil telefondu, sim kartdı bundan istifadəçidən başqası istifadə edə bilməyəcək. İstər zəng edilsin, istərsə də kirayəyə verilsin. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələr tətbiq olunacaq. Heç kimə deyilməyib ki, lisenziya alıb bu işi davam etdirmək olar. Buna icazə verilməyəcək. Lisenziyalar yalnız bu xidməti təşkil edən operatorlara, yəni Azərcell, Baksell, Azərfon və sairə veriləcək. Çünki onlar xidməti təşkil edirlər. Bu yolla həm də anonim zənglərin qarşısı qismən alınacaq”.

Millət Vəkili İqbal Ağazadə isə hesab edir ki, prezident tərəfindən təsdiqlənməmiş qanunun icrasına başlamaq qanunvericiliyə ziddir: “Bu, həm Azərbaycan qanunvericiliyinə, həm dünya praktikasında hüquqa görə ziddir. Kimsə bunu özbaşına edirsə, qanunvericiliyi ciddi şəkildə pozması deməkdir. Ola bilər ki, qanun Mili Məclisdə qəbul olunsun. Amma prezident bunu imzalamasa, qanun qüvvəyə minməz. Bəli, Milli Məclisdə bu məsələ müzakirə olunub. Mən özüm də bunun tərəfdarıyam. Bu, xidmət növüdür, buna görə dövlətə vergi ödənməlidir. Şəxsi mülkiyyətindən gələn gəlirə görə vətəndaş dövlətə vergi ödəməlidir. Bu qanunla cinayətkarların da qarşısı nisbətən alınacaq. Anonim zənglərin və s. Amma yenə də deyirəm, prezident təsdiqləməyibsə, icra etmək qanuna ziddir”.

mənbə: var.az

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar