Fontu böyüt:
“Apple” şirkətinin xalis mənfəəti 2009-2010 maliyyə ilinin (bu il iyunun 26-da başa çatıb) III kvartalında 77,9% artaraq ötən maliyyə ilində ki 1,81 mlrd. dollara qarşı 3,25 mlrd. dollar təşkil edib.
Mədaxil 15,7 mlrd. dollar təşkil edib, halbuki ötən il bu göstərici 9,73 mlrd. dollara bərabər olub.
Maliyyə ilinin III kvartalında hər bir səhmə düşən mənfəətin həcmi ötən ilki 2,01 dollara qarşı 3,51 dollara bərabər olub.
“Apple” - ABŞ-da ən böyük kompüter, audiopleyer, proqram təminatı istehsalçılarından biridir. Şirkətin qərargahı Kupertino şəhərində (Kaliforniya ştatı) və onun işçi personalının ümumi sayı 35 min nəfərdir.