Fontu böyüt:
ABŞ prezidenti Barak Obama imzaladığı yeni fərmanla dünya iqtisadi böhranında müxtəlif sahələrdə İnformasiya Texnologiyaları ilə təchizatı asanlaşdırdı.Belə ki,ABŞ prezidentinin imzaladığı yeni plana uyğun olaraq iqtisadiyyatın dirçəlməsi üçün nəzərdə tutulmuş maddi vəsaitin bir milyard dollardan çoxu ölkənin sosial təminat xidmətində, dövlət departamentində, veteranlarla iş üzrə departamentdə, eləcədə fermerliyin inkişafı üzər aqrar departamentindəki informasiya texnologiyalarının müasirləşdirilməsinə yönəldiləcək. Daha 17,6 milyard ABŞ dollarının “səhiyyədə informasiya texnologiyalarının istifadəsinin stimullaşdırılmasına” ayrılması planlaşdırılır.
2 milyard dollar ictimai tibb mərkəzləri üçün İT-avadanlığın alınması və müasirləşdirməsinə, 250 milyon dollar tələbələr üçün məlumat mübadiləsi sistemlərinin işlənib hazırlanması üçün ştatlara kömək kimi, 50 milyon dollar ABŞ səhiyyə departamentində və sosial xidmətlərindəki İT-təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsinə xərclənəcək.
Bundan əlavə daha 20 milyon dolların gömrük nəzarəti və immiqrasiya sistemlərinin İT-avadanlıqlarının yenilənməsinə istiqamətləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki,plana əsasən,həmçinin,yeni enerji şəbəkəsinin işlənib hazırlanması və personalın tədrisi üçün 4,5 milyard dolların ;ictimai kompüter mərkəzlərinin yenilənməsi və yaradılması daxil olmaqla 4,35 milyard dolların , məktəb və elmi laboratoriyalar üçün 650 milyon dolların İT-avadanlığının alınması üçün xərclənməsi nəzərdə tutulur.
xeberler.az/Ellada