21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
2015-ci ildə mobil telefonlar vasitəsilə reklam xərcləri 11 mlrd. dollara çatacaq.
Bu barədə “Juniper Research” şirkətinin araşdırmalarına istinadən “Business & Leadership” portalı məlumat yayıb.
Məlumata görə, bu il mobil reklam xərcləri 3,1 mlrd. dollar olub. Başqa sözlə, qarşıdakı 5 ildə bu rəqəmin 4 dəfəyədək artması gözlənilir.
Ekspertlərin fikrincə, mobil reklamın artmasının əsas səbəbi reklamçıların daha ünvanlı reklam üsullarına keçməsi olacaq. Nəticədə mobil reklam istehlakçının diqqətinin maksimum cəlb edilməsinə imkan verir.
Mobil reklam bazarının daha sürətli artımı ilə bağlı proqnozlar da var. “Informa Telecoms & Media” şirkətinin hesablamalarına görə, 2015-ci ildə mobil reklam bazarının həcmi indiki 2,3 mlrd. dollardan 24,1 mlrd. dollara çatacaq, yəni 10 dəfədək artacaq. Ən böyük artım isə Asiya bazarlarında baş verəcək.
mənbə APA