Fontu böyüt:
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) dövlət büdcəsindən maliyyələşməsi müddəti 2014-cü ilə kimi uzadılıb.
Bu barədə Milli Məclisin (MM) bugünkü iclasında “İctimai Televiziya və Radio Yayımı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunarkən bildirilib. MM-in Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bu qanuna təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verib. Komitə sədri deyib ki, qanuna bir neçə dəyişiklik təklif olunur. Onlardan biri də İTV-nin dövlət büdcəsindən maliyyələşdirilməsi müddətinin artırılması ilə bağlıdır.
Onun sözlərinə görə, İTV-nin dövlət büdcəsindən maliyyələşdirilməsi müddəti bu ilin sonunda başa çatır. N. Cəfərov deyib ki, layihədə həmçinin İTV Yayım Şurası üzvlərinin toplanması barədə də dəyişiklik təklif edilir. Qeyd olunub ki, şura üzvləri indiyə kimi iki ayda yox, 6 ayda bir dəfə toplanmalıdırlar. MM üzvləri qeyd edilən və digər texniki xarakterli dəyişikliklərin qəbul edilməsinə səs veriblər.