Fontu böyüt:
Antivirus proqramları arasında tanınmış adlardan biri də Avast-dır. Avast, ən yeni versiyası ilə istifadəçilərinin qarşısına çıxıb. Hələ beta mərhələsində olan Avast 5.0, yeni dizaynı ilə əvvəlki versiyasından xeyli fərqli bir görünüşə malikdir.
Beta müddətində olan Avast 5.0-in ən böyük əngəli Windows 7 əməliyyat sistemi tərəfindən təhlükəsizlik proqramı kimi hesab edilməməsidir. Action Center, yəni Əməliyyat Mərkəzi tərəfindən virus proqramı olaraq tanınmır. Avast 5.0 beta, bu səbəblə istifadəçiləri antivirüs proqramı mövzusunda xəbərdar etməkdən çəkinmir.