21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Rabitə və İnformasiya
Texnologiyaları və Təhsil nazirlikləri, “HP”, “Microsoft” şirkətlərinin birgə həyata
keçirdikləri “Xalq kompyuteri” layihəsi bu il başa çatacaq
“Xalq kompyuteri”
daha geniş auditoriya üçün nəzərdə tutulduğu üçün layihənin vaxtı uzadılacaq.
RİTN-nin informasiya resurslarının Azərtac-a açıqlamasına görə, layihə bir sıra mühüm Dövlət Proqramlarına, o cümlədən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na tam uyğundur.
Layihənin əsas məqsədi əhalinin sosial təbəqələri üçün lisenziyalı proqramlarla təchiz edilmiş müasir komputerlərin güzəştli şərtlərlə əldə olunmasına şərait yaratmaq və bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqini genişləndirməklə rəqəmli bərabərsizliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və elektron hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir.
“Xalq kompyuteri” layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.
Xeberler.az