İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Azərbaycan Yarımfinalçıları Ekspertlər qarşısında təqdimatlar ediblər

23.06.2014 [11:35]

Fontu böyüt:      

Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, Yarımfinala çıxan startuplar Ekspertlər qarşısında öz Layihələrinin təqdimatlarını ediblər. Yarımfinala çıxan 15 Layihədən 14-ü Startup Azərbaycan ekspertləri tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib. 8 ekspert bu qiymətləndirmə mərhələsində iştirak edib
Startup Azərbaycan  Təşkilat Komitəsi bildirir ki, Yarımfinala çıxan startuplar  Ekspertlər qarşısında öz Layihələrinin təqdimatlarını ediblər.
Yarımfinala çıxan 15 Layihədən 14-ü Startup Azərbaycan ekspertləri tərəfindən 2-ci səsvermə mərhələsində dəyərləndirilib. 8 ekspert bu qiymətləndirmə mərhələsində iştirak edib

Hər bir startup  komandası 10 dəqiqə vaxt  ərzində öz Layihələrinin əsas ideyaları və biznes-planları ilə bağlı ekspertləri məlumatlandırıblar.  Ekspertlər Layihələri 5 istiqamət (layihənin komandası, layihənin davamlılığı, layihənin ideyası və cəlbediciliyi, layihənin gəlirliliyi, layihənin əhatə dairəsi) üzrə 10 ballıq sistemlə qiymətləndiriblər.

Ekspertlərin yekun qiymətləndirilməsi əsasında finalçılar müəyyən olunacaq.
Finalçılar 3 iyul tarixdə keçirilməsi nəzərdə tutulan  yekun təqdimat mərasimində élan olunacaq.
Finalçılara Diplomlar və müxtəlif qiymətli hədiyyələr təqdim ediləcək.
Ənənəvi Startup Azərbaycan Milli Konfransının və Finala çıxan startuplarla investorların qapalı görüşünün də (pitç sessiya)  3 iyul tarixdə  keçirilməsi nəzərdə tutulub.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.

Tedbirdən hazırlanan foto materiallar :  https://www.facebook.com/media/set/?set=a.746935492032451.1073741862.486851951374141&type=1

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar