İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Parlament seçkilərində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib

18.09.2010 [03:20]

Fontu böyüt:      

Azərbaycanda keçiriləcək Parlament seçkisində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib. Bu gün Mətbuat Şurasında Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilən "Media və seçkilər", "Seçkilərin ədalətli və balanslı işıqlandırılması" adlı kitabçaların təqdimatı keçirilib.

Azərbaycanda keçiriləcək Parlament seçkisində jurnalistlərin maarifləndirilməsinə dair kitablar çap edilib.

Bu gün Mətbuat Şurasında Avropa Şurasının Azərbaycan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində nəşr edilən "Media və seçkilər", "Seçkilərin ədalətli və balanslı işıqlandırılması" adlı kitabçaların təqdimatı keçirilib.

Bu kitablarda peşəkar jurnalistlərin hüquqları kimi müəyyən öhdəlikləri var.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, seçkilər hər bir xalq, millət üçün taleyüklü məsələlərdəndir. Proses zamanı hər bir vətəndaş qrupunun üzərinə məsuliyyət düşür. Medianın və jurnalistlərin üzərinə düşən məsuliyyət isə xüsusilə böyükdür. Onlar seçkinin gedişi, namizədlərin platformaları barədə cəmiyyəti operativ və obyektiv işıqlandırmalı, tərəfsiz olmalıdırlar.

Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek kitabların nəşrinin Azərbaycanda noyabrda baş tutacaq Parlament seçkisinə dəstək üçün Avropa Şurasının Fəaliyyət Planı çərçivəsində reallaşdırıldığını deyib.

Əsas öhdəliklər kimi ədalətlilik, qərəzsizlik və tərəfsizlik Avropa Şurasının nümayəndəsi tərəfindən önə çəkildi. Medianın cəmiyyətdəki yeri və roluna toxunan xanım Kotek bu rolun özünü xüsusilə seçkilər zamanı göstərdiyini vurğulayıb.

Azərbaycanda parlament seçkiləri 7 noyabr 2010-cu il tarixinə təyin edilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar