İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnformasiya məsələləri üzrə müvəkkil lazımdırmı?

28.12.2010 [18:18]

Fontu böyüt:      

İnformasiya məsələləri üzrə müvəkkil lazımdırmı? Əgər belə olsa, onda gərək müəllimlər, yaxud da həkimlər özlərinə ombudsman tələb edə? Bu mövzu bu gün Media Mərkəzində keçirilən “Azərbaycanda debat mədəniyyəti” proqramı çərçivəsindəki sonuncu tədbirdə bildirilib. Debat iştirakçısı olan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyib ki, ümumi insan hüquqları üzrə

İnformasiya məsələləri üzrə müvəkkil lazımdırmı? Əgər belə olsa, onda gərək müəllimlər, yaxud da həkimlər özlərinə ombudsman tələb edə? Bu mövzu bu gün Media Mərkəzində keçirilən “Azərbaycanda debat mədəniyyəti” proqramı çərçivəsindəki sonuncu tədbirdə  bildirilib.

Debat iştirakçısı olan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı  deyib ki, ümumi insan hüquqları üzrə ombudsmanın hüquqları konseptual baxımdan informasiya məsələləri üzrə müvəkkilin hüquqlarından bir qədər fərqlənir:
“İnformasiya azadlığı hökumətlə sıx işləmək və konkret məsələlərlə bağlı qərar qəbul etmək və onların icrasına nəzarət etmək hüququ var. Hansı ki, insan hüquqları üzər ombudsmanın belə səlahiyyəti yoxdur. O, yalnız tövsiyələr verir. Ombudsmanın qərar qəbul etmək ixtiyarı yoxdur. Amma qanuna görə, informasiya məsələləri üzrə ombudsmanın informasiyanı verməklə  bağlı dövlət orqanını üzərinə öhdəlik də qoyur”.

İnsan Hüquqları üzrə Müvəkilin nümayəndəsi Zaur Əliyev isə Milli Məclisdə 21 dekabrda qəbul edilən qərarı tamamilə qanuna uyğun və məntiqə uyğun hesab edib: “İnformasiya məsələləri üzrə müvəkkilə verilən səlahiyyətlər Ombudsmanın ümumi səlahiyyətlərinə uyğun gəlir. Həm də indiyə qədər dünyanın bir çox ölkələrində ayrı-arı ombudsmanların olması səmərəsiz olduğunu sübut edib. İsveçdə 9 ombudsman var idi. Sonradan bu sistemin səmərə vermədiyini görüb sayını 7-yə çatdırdılar. Orda ayrıseçkilik, gender məsələləri üzrə ayrı-ayrı ombudsmanlar vardı. Bu cəmiyyətdə həm ayrıseçkilik yaradır, həm də çaşqınlıq”.

Z.Əliyev deyib ki, hələlik bu işi görmək üçün Ombudsman Aparatının nəzdində şöbə, yaxud departament olub-olmayacağı haqda konkret söz demək mümkün deyil: “Bizim də müraciətimiz olacaq ki, Aparata əlavə ştat verilsin”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, əslində qanuna əsasən informasiya hüquqları üzrə müvəkkilin görəcəyi iş çox əhatəlidir və indiki Ombudsman Aparatının bu yükü daşımaq imkanı yoxdur: “Amma nəzərə alsaq ki, yaradılan hər bir struktur imitasiya olur, ideyanın öldürülməsinə gəlir, onda indiki Ombudsmanın bu məsələlərə nəzarət etməsi daha yaxşıdır. Çünki indiki durumda informasiya  məsələləri üzrə müvəkkil yaradılsaydı, bu, çox zəif olacaqdı və tezliklə jurnalistlərə qarşı növbəti senzura səddindən birinə çevriləcəkdi”.

Hüquqçünas Ələsgər Məmmədli bildirib ki, institutun yaradılmaması qanuna olan hörmətsizlikdən irəli gəlir. Əgər indiki Ombudsman Aparatının tərkibində əlavə ştatlar yaradılmasa, onda bunun real əhəmiyyəti olmayacaq.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar