21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
«Azərbaycanda dövlət provayderlərinin hegemonluğu var». Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Azadlıq radiosunda yayımlanan «İşdən sonra» verlişində belə deyib:
- Əsas məsələ odur ki, iki nəhəng dövlət provayderi hegemonluq edir. Vətəndaş ADSL xidmətini ATS-dən keçməklə ala bilər. O birinə bir qədər dolayısı ilə yanaşırlar. Bu ona görə belədir ki dövlət provayderi var. Biz məsələ qaldırmışıq ki, dövlət provayderi məsələsinə son qoyulmalıdır və onlar özəlləşməlidirlər. ATS-lərin bəzilərində ADSL xidməti almaq üçün provayderlərin orada yerləşmək istədikləri texnikaya yer yoxdur. Ya özəlləşdirmə getməlidir ya da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi buna son qoymalıdır.
Osman Gündüz həftə sonundan başlayaraq AzadlıqRadiosunun veb-səhifəsində yaranan problemə də münasibətlərini bildirib:
- Biz bilmirik ki, problemin kökü haradadır. Bu, provayderlərin səhvi deyil, bu, ifrat dərəcədə texniki problemdir. Versiyalar var ki, Azərbaycan internetində yenidənqurma işləri gedir, yaxud hansısa texniki avadanlıqlar yerləşdirilir. Amma hər halda bu informasiya bizdə yoxdur, ona görə də problemin nədən ibarət olduğunu deməyə çətinlik çəkirik.
Çıxışı tam olaraq buradan dinləmək olar