Fontu böyüt:
Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2010 Sərgisində Azerfon MMC 3G texnologiyası bazasında yeni məhsullarını və xidmətlərini nümayiş etdirib.
Şirkətin Baş Ofisindən verilən məlumata görə, sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azerfon stendində ən innovativ mobil texnologiya avadanlıqları, 3G texnologiyası bazasında müasir xidmətlər nümayiş etdirilib. Azerfon-Vodafone 3G+ Müşahidə Kamerası vasitəsilə ölkə başçısı 47 saylı orta məktəbdə dərs prosesini müşahidə etdi və Nar Mobile TV ilə tanış olub.
2007-ci ilin martından Azərbaycanda fəaliyyətə başlamış Azerfon inkişaf templərinə görə nəinki ölkə, hətta ümumdünya səviyyəsində telekommunikasiya operatorları arasında yüksək inkişaf templərinə görə seçilir. Peşəkar komandaya, effektiv biznes-strategiyaya malik olan Azerfon şirkəti qısa müddət ərzində mobil rabitə bazarının 20%-ni tutmağa müvəffəq olmuş və 1,7 milyon yaxın abonentə xidmət göstərmişdir. Bu gün Azerfon mobil rabitə şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir. 2009-cu ildən Azerfon Azərbaycan bazarında ilk mobil operator olaraq 3G xidmətlərini göstərir. Hazırda 3G xidmətləri Azerfon-Vodafone və Nar Mobile brendləri altında Azerfon şirkəti tərəfindən Azərbaycan bazarında təqdim olunur.
Azerfon MMC-nin baş direktoru cənab Yurgen Pitzin demişdir: “Azərbaycan MDB regionunda İKT sahəsi üzrə ən sürətli inkişaf göstəricilərinə malikdir. Ölkədə İKT sferası iqtisadiyyatın ən sürətlə inkişaf edən ikinci sahədir. Bakutel 2010 sərgisi bu uğurun göstəricisidir. Yüksək inkişaf templərini nümayiş etdirən Azerfon MMC-nin də sözsüz ki, ölkə iqtisadiyyatının inkişafında payı vardır.
Bir ölkə əhalisi üçün faydalı mobil xidmət və məhsullar təqdim etməklə abunəçilərin istək və tələblərini təmin edirik”.
Ənənəvi olaraq, Azerfon şirkəti Bakutel 2010 sərgisində yeni texnologiyaları və xidmətləri nümayiş etdirir. Bu il Bakutel 2010 sərgisində Nar Mobile müştəriləri üçün “Nar Dünyası” müasir mağaza konsepsiyasını təqdim etmişdir. Sərgi zamanı iştirakçılar Nar Mobile məhsulları və telefon nömrəsi almaq, servislərdən yararlanmaq, “Nar Dünyası” müasir mağaza konsepsiyasının ilə tanış olublar.
Sərgi zamanı, Azerfon stendində müxtəlif yarışmalar keçiriləcək və yüzlərlə qiymətli hədiyyələr oynanılmaqdadır. Qeyd etmək lazımdır ki, Azerfon şirkətinin stendi Bakutel 2010 sərgisində ən geniş sahəyə malik olanlar sırasına daxildir. Stenddə Azerfonun mobil xidmət ticarət markaları və təsis etdiyi şirkətlər də təmsil olunub.
Beləliklə sonda qeyd etmək istəyirik ki, Azerfonun idarəçilik prinsipləri, ən innovativ yeniliklər tətbiq etmək, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə hər zaman xalqa xidmət etməkdədir.