Fontu böyüt:
Rusiyada www.gosuslugi.ru Vahid Dövlət Xidmətləri Portalı açılır. Yeni resurs bu gün Moskva vaxtı ilə saat 15:12-də vətəndaşların istifadəsinə veriləcək.
RİTN-in rəsmi verb resursunun yaydığı məlumata əsasən,Portal vasitəsilə Rusiya vətəndaşlarına hansı xidmətlərin və bu xidmətlərin harada təqdim olunduğu, onların əldə olunması üçün nə kimi sənədlərin lazım olduğu barədə ətraflı məlumatlar yerləşdirilib. Gələn ilin əvvəlindən isə saytdan blanklar çap etmək, eləcə də blankları elə portalda doldurmaq mümkün olacaq.
2010-cu ildə Rusiya vətəndaşlarına bir internet-portal vasitəsilə 300-ə yaxın federal xidmətlər göstəriləcək: pasport, sosial yardım, putyovka və pensiya almaq üçün blank və informasiyalar. Bundan əlavə resursda vətəndaşa hesablanan nəqliyyat, torpaq və mülkiyyət vergiləri haqqında məlumatlar olacaq. Həmçinin saytda Rusiya Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi İnspeksiyasının cərimələrinin yerləşdirilməsi planlaşdırılır.