Fontu böyüt:
Bu gün saat 10.00-da “Barcamp Caspian 2009” qeyri-konfransı rəsmi olaraq fəaliyyətə başladı.Qafqaz Universitetində başlanan tədbirdə çoxsaylı yerli və xarici qonaqlar iştirak edirlər.
Konfransın açılış mərasimində Azərbaycan rabitə və informasiya texnologiyaları nazirliyinin (RİTN) informasiya cəmiyyəti şöbəsinin müdiri Rüfət Gülməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz, həmçinin «Google» axtarış sistemi, Almaniyanın «Sevenload» video paylaşım saytı, «Wordpress», «Creative Commons» və «Opera Software» kimi iri şirkətlərin nümayəndələri iştirak edib.
Yerli iştirakçıların da Barcamp tədbirinə böyük marağı nəzərə çarpır.Tədbir eyni zamanda internet (http://www.barcampcaspian.org/video.html ) üzərindən canlı yayımlanır.
Xatırladaq ki, tədbirin platin sponsoru Qafqaz regionunun aparıcı telekomunikasiya operatoru olan Delta Telekomdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan İnternet Forumu, BarCamp Caspian 2009 Beynəlxalq qeyri-Konfransını rəsmi dəstəkləyənlər sırasındadırlar.
Bununla yanaşı, dünya üzrə kompüter avadanlıqlarının aparıcı istehsalçısı olan HP şirkəti, Norveçin Opera Softaware şirkəti, Print Art və “Beynəlxalq Hesablaşmalar və Araşdırmalar Mərkəzi” də tədbirin sponsorları arasındadır.
Qeyd edək ki,BarCamp Caspianın keçirilməsi mart ayının sonuna planlaşdırılıb.BarCamp İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır.Bu növ konfrans Azərbaycanda 2008-ci ildə də 150-yə yaxın yerıli mütəxəssisin iştirakı ilə təşkil olunub.
Biz də xeberler.az olaraq tədbirin gedişatı ilə bağlı xəbərləri mütəmadi olaraq sizinlə paylaşacağıq.