Fontu böyüt:
Azərbaycanda yeni milli ödəniş portalı “Asan Pay” fəaliyyətə başlayıb.
“Asan Pay” ödəniş terminalları vasitəsilə həyata keçirilir və inzibati cərimələr, məhkəmə qərarları icrası ilə əlaqəlar ödənməli olan vəsaitləri ödəmək olur. Gələcəkdə ödənişlər mobil telefonlar üzərindən də həyata keçiriləcək. Hazırda mobil tətbiq üzərində işlər aparılır.
Ödəniş terminalları hələlik sınaq mərhələsindədir və pulu kart, nağd və qəpiyi qəbul edir, qalıq qaytarılır.
“ASAN ödəniş” sistemi (Asan Pay) bu ilin fevralında Azərbaycan Prezidentinin imzaladığı fərman əsasən yaradılıb.
Jalə Səmədova