Fontu böyüt:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Global Stats” statistika mərkəzinə istinadla xəbər yayıb ki, son bir ildə Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı kəskin artsa da, Youtube və Twitter sosial şəbəkələri ilə bağlı vəziyyət fərqli olub.
Xeberler.az “Media
forum” saytına istinadla bildirir ki, hesabatda Azərbaycanda Facebook
sosial şəbəkəsinin payının 23,3 faiz artaraq sosial media bazarının 89,73
faizini təşkil etdiyi göstərilib.
İstifadəçi marağına görə ikinci
yeri 2,9 faiz bazar payı ilə Youtube sosial şəbəkəsi tutub.
Üçüncü yerdə 2,24 faiz bazar payı
ilə Twitter sosial şəbəkəsi yerləşib və onun bazar payında ötən illə müqayisədə
azalma müşahidə olunur.
Odnoklassniki şəbəkəsinin Azərbaycanda
bazar payı 1 faizdən aşağı düşüb, halbuki ötən ilin müvafiq dövründə bu rəqəm
5,11 faiz təşkil edirdi.