Fontu böyüt:
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Makaonun «Hutchison» operatoru ilə rouminq xidmətini istifadəyə verib.
Şirkətdən xeberler.az-a verilən məlumata görə, bu, «Azercell»in Makao ilə ikinci rouminq müqaviləsidir. Hazırda «Azercell» abonentləri Makaonun «CTM» operatorunun xidmətindən yararlanır.
İndiyə kimi «Azercell» şirkəti 149 ölkənin mobil rabitə operatorları ilə 378 rouminq sazişi bağlayıb.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət 3,5 mln. abunəçiyə xidmət göstərir.