IREX- Yeni Media layihəsi çərçivəsində Azərbaycanın 17 regionunda Məktəblilərin Tədqiqat layihəsinin icrasına başlayır. Layihənin əsas məqsədi Şagirdlərin internet vasitəsi ilə müxtəlif mövzularla bağlı araşdırma və axtarış qabiliyyətlərinin inkişafına dəstək olmaqdır.
Əvvəlki illərdən fərqli olaraq bu il Layihədə mövzu seçimi və iştirakçı qaydaları fərqli olacaq. Belə ki, bu il dünyanın ən böyük musiqi yarışması olan Erovision yarışmasına Azərbaycan ev sahibliyi edir. Bunu nəzərə alaraq, tədqiqat layihəsinin mövzusu bu böyük tədbirin Azərbaycanın turizm, mədəniyyət, iqtisadiyyat, insan hüquqları, musiqi aləmi və digər sahələrinə təsirinə dair olması planlaşdırılır.
Bu il layihədə iştirak etmək arzusunda olan Məktəblilər, “Erovision mənim üçün və ölkəm üçün nə vəd edir?” mövzusunda tədqiqat aparacaqlar.
Müsabiqədə iştirak edəcək yazılar aşağıdakı meyarlara uyğun olmalıdır:
1. Müsabiqəyə qəbul olunacaq yazının həcmi 1000-1500 arası sözdən ibarət olmalı,
2. Şrift ölçüsü 12, forması “Times New Roman” olmalı;
3. İştirakçılar IX-X-XI sinif şagirdləri olmalı;
4. Tədqiqat yazıları Azərbaycan dilində olmalı;
5. Tədqiqat layihəsi zamanı istinad olunan mənbələr (internet saytlarının dəqiq ünvanları (hiperlinkləri)) göstərilməli, bunların sayı minimum 20-dən az olmamalı və müəllif hüquqları qorunmalı;
6. Təqdiqat yazıları elektron şəkildə www.azerlife.org saytına göndərilməli;
Hər bir iştirakçı www.azerlife.org saytından xüsusi ayrılmış bölmədə tədqiqat işini onlyan şəkildə yerləşdirəcək.
Yazılan tədqiqat işlərinin sonuncu qəbul tarixi 2 aprel 2012 — ci ildir. Məktəblilərin yazı işlərinin seçimi IREX Azərbaycan Nümayəndəliyinin xüsusi Ekspert Komissiyası tərəfindən 1 May 2012-ci il tarixinə qədər qiymətləndiriləcək, 17 regionun hər biri üçün 1-ci yerin sahibi olan şagird və onun müəlliminə netbooklar, ikinci yeri tutan şagirdlərə Flipcamera, üçüncü yeri tutan şagirdlərə isə Fleş kart hədiyyə ediləcək.
Artıq 3-cü ildir ki, İREX-in Yeni Media Layihəsi çərçivəsində Məktəblilərin tədqiqat layihəsi həyata keçirilir. Bu il layihənin həyata keçirildiyi məktəbləri əhat edən 17 region aşağıdakılardır:
1. Gəncə Şəhəri,
2. Sumqayıt Şəhəri,
3. Şirvan Şəhəri,
4. Mingəçevir Şəhəri,
5. Bərdə Rayonu,
6. Tərtər Rayonu,
7. Xaçmaz Rayonu,
8. Quba Rayonu,
9. İsmayıllı Rayonu,
10. İmişli Rayonu,
11. Qazax Rayonu,
12. Zaqatala Rayonu,
13. Şəki Rayonu,
14. Tovuz Rayonu,
15. Masallı Rayonu,
16. Lənkəran Rayonu,
17. Göyçay Rayonu,
Göstərilən Şəhər və Rayonlarda mövcud olan bütün Orta Məktəblərin şagirdləri yuxarıda göstərilən qaydalara əməl etməklə müsabiqədə iştirak edə bilərlər. Müsabiqənin qaliblərinə hədiyyələrin təqdim olunması 15 May 2011-ci ilə qədər başa çatacaq.