21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Azərbaycan “Açıq Hökümət” təşəbbüsünə qoşulub. Bu təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının malik olduğu məlumatlar vətəndaşlara açılmalıdır.
Xeberler.az-ın məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə RİTN-nin hazırladığı Açıq Hökümət Məlumatları portalının təqdimatı zaman bildirib.
Nazir müavinin sözlərinə görə, “Elektron Hökümət” portalı Azərbaycan vətəndaşları tərəfindən geniş şəkildə istifadə olunur. Bu sahədə fəaliyyətin və istifadənin daha da genişləndirməsi üçün ölkədə yeni təşəbbüslər irəli sürülüb və Azərbaycan “Açıq Hökümət” təşəbbüsünə qoşulub: "Bu təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının malik olduğu məlumatlar vətəndaşlara açılmalıdır. Bu şəraiti yaratmaq üçün biz bu gün məhz bu portalın təqdimatını keçiririk. Nəzərdə tutulub ki, bizim şirkərlərə və istifadəçilərə xüsusi proqram modullarını verməklə, dövlət qurumlarında olan məlumatlara sərbəst şəkildə müraciəti təqdim etmək lazımdır. Bunun üçün də bu proqramların işlənməsinə şərait yaratmaq vacibdir”.
Mirvari Nəcəf