Fontu böyüt:
Bu gün Azərbaycan Mətbuat Şurasında “Kütləvi informasiya vasitəsi və peşəkarlıq xüsusiyyətləri: peşə etikası və dəyərlərin gözlənilməsi” mövzusunda gənc jurnalistlər üçün təlim kursu keçirilib. Təlim kursunda Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalistikada əsas prinsiplərdən biri də, etik normalara riayət edilməsidir. Ə.Amaşov bu gün Azərbaycan mətbuatında peşə etikasının pozulması hallarının geniş yayıldığını qeyd edərək, bu kimi təlim kurslarının gənc jurnalistlərin peşə etikasına yiyələnə bilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycanın tanınmış nəzəriyyəçi jurnalistlərindən olan Cahangir Məmmədli bu gün Azərbaycanda kütləvi informasiya vasitələrində peşə etikasının pozulması halları daha çox gündəlik mətbuatda rast gəlindiyini deyib. Onun sözlərinə görə, peşə etikası daha çox müxalifət və iqtidar mətbuatında pozulur. Bu daha çox yazıların qərəzli olmasında özünü biruzə verir: “Biz müxalifət mətbuatına nəzər yetirsək görərik ki, müxalifyönlü qəzetlərin yazılarında qərəzli yazılara daha çox rast gəlinir. Bu da təbiidir. Çünki onlar yazdıqlarını narazı oxucuya hesablayıblar. Bu qərəz iqtidar mətbuatında da var. Onların yazılarında isə müxalifət partiyaları və liderləri haqqında materiallar qərəzli olur”.
C.Məmmədli hesab edir ki, Azərbaycanda peşə etika normalarına müstəqil mətbuat daha çox riayət edir: “Lakin Azərbaycanda nədənsə “Ekspress”, “Ayna”, “Zerkalo”, “Exo”, “525-ci qəzet” və digər müstəqil qəzetləri oxuyanlar çox azdır.