İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dünyanın 100-dən artıq şirkəti Bu gün Bakutel 2009-da bir araya gəldi

04.11.2009 [16:45]

Fontu böyüt:      

Bu gün Bakıda Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 Sərgisi və Konfransı başlayıb.

Bu gün Bakıda Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” BakuTel 2009 Sərgisi və Konfransı başlayıb. Bu il tədbir öz yubileyini qeyd edir. Artıq 15 ildir ki, sərgi rabitə və informasiya texnologiyaları sahəsinin peşəkar şəxslərinin ənənəvi görüş yerinə çevrilib.
Böyük Britaniyanın ITE Group Plc şirkəti və onun Azərbaycandakı tərəfdaşı Iteca Caspian şirkəti tərəfindən, “Azercell”in baş sponsorluğu ilə təşkil olunan bu sərgi nəinki Qafqaz və Xəzəryanı regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsinin ən böyük hadisəsi, həmçinin Azərbaycanda biznesin inkişafı üçün bir platformadır.

Sərginin keçirilməsinə rəsmi dəstək Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilir. Tədbir həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya Birliyi, Rabitə sahəsində Regional Birlik, İKT və İnkişaf üzrə Qlobal Alyans (GAID) kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Artıq 15 ildir ki, “Ericsson”, “Nokia-Siemens Networks”, “Iskratel”, “Alcatel-Lucent”, “Huawei”, “Hewlett Packard”, “Gilat”, “Microsoft”, “Avirtel”, “Measat”, “Orbital” və digər şirkətlər bu sərginin iştirakçılarıdır.

“BakuTel-2009” sərgisində dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir.

Sərginin daimi iştirakçıları, Azərbaycanın mobil operatorları • “Azercell”, “Azerfon”, “Bakcell”; telekommunikasiya və informasiya texnologiyaları şirkətləri “Aztelecom”, BTRIB, “Delta Telecom”, “Iskratel”, “Microsoft”, “Ultra”, “Nokia Siemens Networks”, “Caspel”, “Bestcomp Group”, “R.I.S.K.”, “Sinam”, “Smart Systems Technology” kimi şirkətlər ilə yanaşı, “ZTE Corporation” (Çin), “Caspian Navtel” (Azərbaycan), “Idrak Technology Transfer” (Azərbaycan), “Headtechnology” (Azərbaycan), “IT Solutions” (Azərbaycan), “Azedunet” (Azərbaycan), “Connect” (Azərbaycan), “Azlanit” (Böyük Britaniya-Azərbaycan), “Silverkey Azerbaijan” (ABŞ), “Pirelli Broadband Solutions” (İtaliya), “Özkabel” (Özbəkistan) və bir çox digər yeni şirkətlərin sərgidə iştirak edəcəyi gözlənilir.

Ənənəvi olaraq, sərgidə Koreya şirkətlər qrupu, eləcə də Türkiyənin 5 şirkəti iştirak edir, bu şirkətlərin arasında ən iri rabitə operatoru sayılan “Türk Telekomunikasyon A.S.” şirkətinin də adı var.

Ümumilikdə, sərginin ekspozisiyası aşağıdakıları təqdim edir: telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, tele-radio-yayım avadanlıqları və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, e-biznes və e-hökumət sistemləri, Wi-Fi və digər simsiz rabitə texnologiyalarının internetə çıxışı.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar