Cari ilin 27-30 sentyabr tarixlərində Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans (International Conference on Ternary and Multinary Compounds - ICTMC-17) təşkil olunacaq.
Cari ilin 27-30 sentyabr tarixlərində Bakıda yarimkeçiricilər fizikası üzrə beynəlxalq konfrans (International Conference on Ternary and Multinary Compounds - ICTMC-17) təşkil olunacaq.
30 ildən artıq hər iki ildən bir dünyanın tanınmış elmi mərkəzlərində keçirilən bu konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda keçiriləcək.
Tədbirin sponsorları qismində Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu çıxış edirlər.
Qeyd etmək lazımdır ki, konfransın Bakıda keçirilməsinə razılıq əldə etmək Fizika İnstitutunun alimlərinin böyük zəhməti nəticəsində başa gəlib.
Tədbirdə iştirak etmək üçün Bakıya Rusiya, Yaponiya, Almaniya, Fransa, Avstriya, ABŞ, İsveç, İspaniya və bir çox digər ölkədən tanınmış fiziklər təşrif buyuracaqlar.
Konfransda üçqat və daha mürəkkəb yarımkeçirici birləşmələrlə bağlı, eləcə də fizika, kimya, materialşünaslıq, maşınqayırma və digər istiqamətləri əhatə edən mövzular müzakirə olunacaq.
Tədbir haqqında daha ətraflı məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının “Sərgi, konfrans, seminar” bölməsindən və ya
http://elm.gov.az/physics/ictmc17/ünvanından almaq olar.