Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərpoçt» Dövlət Müəssisəsinin Mərkəzi Xüsusi Rabitə İdarəsinin (MXRİ) yaranmasının 70 ilinin tamam olması münasibətilə tədbir keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən «Azərpoçt» DM-nin baş direktoru Qəmbər Bəybalayev idarənin işçilərini təbrik edərək rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun da təbriklərini çatdırıb.Tədbirdə həmçinin MXRİ-nin işçiləri RİTN-nin əmrinə əsasən mükafatlandırılıb.
Qeyd edək ki, Mərkəzi Xüsusi Rabitə İdarəsi dövlət və hakimiyyət orqanlarından, nazirliklərdən, təşkilatlardan xüsusi əhəmiyyətli, tam məxfi, məxfi qrifelli, xidməti istifadə üçün xidməti qeydli bütün növ korrespondensiyaların və dövlət orqanları ilə razılaşdırılmış kommersiya xarakterli göndərişlərin respublika daxilində rayon mərkəzlərinə, eləcə də MDB ölkələrinə çatdırılmasını təmin edir.