İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bloggerlərin məhkəməsi oktyabrın 1-də davam edəcək

30.09.2009 [11:06]

Fontu böyüt:      


Proses qurtardıqdan sonra məhkəmə binasının qarşısında Emin Milli ilə Adnan Hacızadəyə azadlıq tələbi ilə şüarlar səsləndirilib

Dünən Səbail rayon Məhkəməsində gənc bloqqerlər Emin Milli və Adnan Hacızadənin məhkəməsi başlayıb.

Azadlıq Radiosunun məhkəmədəki müxbiri xəbər verib ki, aşpaz Adnanla Eminlə baxıb «bunları tanımıram, bəlkə də onlar idi, bəlkə də yox. İçəri yarıqaranlıq idi. Sonra müdiriyyət gəldi və mən işimin arxasınca getdim» - deyib.

Polislərdən Zahid Daşdəmirov isə ifadəsində deyib ki, «həmin gün Suriya prezidenti Bakıya gəlirdi, biz əraziyə nəzarət eləyirdik. «Livan» restoranının qarşısından keçəndə bir nəfər bizə dedi ki, içəridə davadır. Girdik içəri, gördük ki, Eminin ayağı cızılıb, Adnanın da burnu qanayıb, dəsmalla tutmuşdu. Biz bu iki nəfəri və Orxanı (Qafarlı -B.B.) götürüb polisə gəldik».

Bu zaman gənc bloqqerlərin vəkilləri sual veriblər: Siz içəri girəndə kimlərsə dalaşırdılarmı?

Polis deyib ki, «mən dalaşanları görmədim. Restoranın sahibi mənə dedi ki, iki stoldan bir-birilərinə bakal atıblar. Mən də yerdə şüşə qırıntıları gördüm».

Vəkillər soruşublar ki, «niyə məhz bu üç nəfəri polisə apardınız?».

Zahid Daşdəmirov buna izah verə bilməyib.

İfadə verən başqa bir polis - Bəşir Bəşərov isə deyib ki, «gördük bunlar xəsarət alıblar, dedik, xəsarət alıblarsa, bunlar dalaşıblar, ona görə apardıq».

Hər iki polis etiraf eləyib ki, içəridə bu iki nəfərdən başqa xəsarət alan görməyiblər.

Bu vaxt prokuror Zahid Daşdəmirovun yadına salıb ki, «sən ifadəndə yazmısan ki, Babək adlı bir nəfər qarnını tutub divara qısılmışdı».

Zahid Daşdəmirov isə deyib ki, «mən xatırlamıram, əgər ifadəmdə yazmışamsa, deməli, elə olub».

***

Bütün arzu edənlər, o cümlədən bəzi jurnalistlər prosesə buraxılmadılar. Məhkəmədə nəinki diktafon və fotoaparatdan istifadəyə imkan verilmədi, hətta mobil telefondan sosial şəbəkələrə mesaj göndərənlər belə prosesdən çıxarılırdılar.

Proses gedə-gedə bir neçə nəzarətçi insanlara nəzarət edirdilər ki, kimsə kənara informasiya ötürməsin. Həmin adamların ya telefonları söndürülür, ya da prosesdən çıxarılırdılar.

Bəzi şahidlərin, o cümlədən polislərin ifadələri zalda güləşə səbəb oldu. Ona görə də həm hakim, həm də nəzarətçilər zaldakı insanlardan nizam-intizama riayət eləməyi tələb etdilər.

Müdafiə tərəfi ilə ittiham tərəfi arasında şahidlərin dindirilməsi ilə bağlı tez-tez mübahisə yaranırdı. Tərəflər bir-birinə şahidlərə yönəldici suallar verməməyi tələb eləyirdilər.

Vəkil İsaxan Aşurovun şahidlərə Emini Milli ilə Adnan Hacızadənin xəsarət aldığını göstərən şəkillərini göstərməsi isə dövlət ittihamçısını özündən çıxardı.

Həmin şəkillərdə gənc bloqqerlərin ifadə verən polislərin iddiasının əksinə olaraq polisə özlərinin getdiyini göstərirdi.

Dövlət ittihamçısı vəkilə irad tutdu ki, bu şəkillər sübutların siyahısına aid edilməyib, ona görə də şahidlərə göstərilməməlidir.

Vəkil Elton Quliyev isə dedi ki, heç bir qanunda göstərilməyib ki, sübutlar prosesin əvvəlində təqdim edilməlidir, bu, prosesin gedişində də edilə bilər:

«Bizim məqsədimiz ədalətli araşdırmaya nail olmaqdır».

***

Proses qurtardıqdan sonra məhkəmə binasının qarşısında Emin Milli ilə Adnan Hacızadəyə azadlıq tələbi ilə şüarlar səsləndirilib.// Azadlıq radiosu


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar