Bakıda mayın 22-dən 26-dək keçiriləcək Eurovision 2012 müsabiqəsinin mətbuat mərkəzinin İT-infrastrukturunun informasiya təhlükəsizliyini ESET şirkəti təmin edəcək.
Bakıda mayın 22-dən 26-dək keçiriləcək Eurovision 2012 müsabiqəsinin mətbuat mərkəzinin İT-infrastrukturunun informasiya təhlükəsizliyini ESET şirkəti təmin edəcək.
Şirkət bu müsabiqənin böyük maraq yaratdığını nəzərə alıb onun təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasının vacibliyini qeyd edib. Bu səbəbdən də jurnalistlərin iş yerlərinin informasiya təhlükəsizliyini təmin etmək ESET NOD32 Smart Security Business Edition şirkətinə həvalə olunub.
ESET – beynəlxalq antivirus proqramı istehsalçısıdır, 1992-ci ildə yaradılıb və kibercinayət, kompyuter təhlükələrindən müdafiə sahəsində ekspertdir.