İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Kibercinayətkarlıqla mübarizə üzrə qurum yaradılacaq

24.11.2009 [20:01]

Fontu böyüt:      


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində kibercinayətkarlıqla mübarizə üzrə qurumun yaradılması nəzərdə tutulur.

RİTN-in hüquq və kadrlar şöbəsinin rəisi Bəxtiyar Məmmədovun APA-ya verdiyi məlumata görə, hazırda bu mexanizmin yaradılması üzərində işlər aparılır.

Onun dediyinə görə, Azərbaycan bu sahə üzrə qanunvericiliyini Avropa Şurası Konvensiyasının tələblərinə uyğunlaşdırmalıdır: “Respublikanın Cinayət Məcəlləsində müvafiq maddələr var ki, kompüter cinayətkarlığının qarşısının alınmasını nəzərdə tutur. Lakin bu, kibercinayətkarlıqda mübarizə üçün çox azdır, ona görə də kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu məsələ ilə bağlı məlumat mübadiləsinin aparılması zəruridir”.

Qeyd edək ki, bu sahədə cinayətlərin təhqiqatını aparan Milli Təhlükəsizlik Nazirliyi ilə digər dövlət orqanlarının birgə səyi nəticəsində bir çox kredit kartlardan maliyyə vəsaitlərinin oğurlanması, AZAL informasiya sisteminə müdaxilə halları aşkar olunaraq aradan qaldırılıb.

B.Məmmədovun sözlərinə görə, ölkədə İKT sahəsinin sürətli inkişafı nəticəsində belə halların çoxalması müşahidə oluna bilər: “Avropa Şurasında Avropa konvensiyalarının icrası ilə bağlı problemlərin həlli ilə məşqul olan xüsusi PCW komitəsinin tövsiyələrinə uyğun olaraq İnternet provayderlər ilə hüquq-mühafizə orqanları arasında əməkdaşlıq yaradılmalıdır. Kibercinayətkarlığın qarşısının alınması üçün bu əməkdaşlıq ən doğru zəmindir, çünki onların hər hansının dəstəyi olmadığı halda, qarşıda duran problemlərin öhdəsindən gələ bilməzlər. İnternet provayderlərə bütün kontentlərin nəzarətini həyata keçirmək və filtrasiya sistemlərini tətbiq etmək üçün böyük vəsait tələb olunur, hüquq-mühafizə orqanlarının isə servis provayderlərə məxsus olan texniki dəstəyə ehtiyacı var”.

Beynəlxalq ekspertlərin rəyinə görə, kibercinayətkarlıq internet şəbəkəsində törədildiyindən onun sərhədi yoxdur. Bu səbəbdən ölkələr arasında beynəlxalq səviyyədə məlumat mübadiləsinin və əməkdaşlığın yaradılması və gücləndirməsi vacib məqamlardan biridir.

Xatırladaq ki, Azərbaycan Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasına qoşulması təşəbbüsü ilə 2005-ci ildə çıxış edib. 30 sentyabr 2009-cu il tarixində Azərbaycan prezidenti İlham Əliyev ölkənin bu konvensiyaya qoşulmasını təsdiq edib.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar