21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
İndoneziyanın “Danamon Bank” maliyyə institutu əmanətçilərə vəsaitləri populyar “Facebook” sosial şəbəkəsi ilə köçürməyə imkan verən mobil bankinq əlavəsini istifadəyə verib. Proqramdan bankın 2 milyon müştərisinin yararlanacağı gözlənilir.
“D-Mobile” müştərilərə bir sıra
bank əməliyyatını, o cümlədən hesabda qalıq haqqında məlumatların əldə edilməsini,
pulköçürmələrini, mobil telefonla hesabların ödənilməsini, sosial şəbəkələrdə şəxsi
hesablara qoşulmanı həyata keçirməyə imkan verir.
Əlavənin fərqləndirici cəhəti
"Sosmed D-Cash” xidmətidir. Mobil xidmət bank müştərilərinə pul vəsaitlərini
“Facebook” ilə digər istifadəçilərə onların "Danamon” bankının və ya digər
maliyyə müəssisəsinin əmanətçiləri olub-olmamasından asılı olmayaraq ötürməyə
imkan verir.
Sosial şəbəkədə pulu mobil əlavə
vasitəsilə köçürmək üçün alıcının göndərən şəxsin dostları sırasında olması tələb
olunur. Göndərən köçürmənin məbləğini göstərməli, alıcının mobil telefon nömrəsini
daxil etməli və ona pulu əldə etmək üçün xüsusi kod göndərməlidir. “Danamon”
müştərisi pulu köçürdükdən sonra alıcının səhifəsində köçürmə haqqında bildiriş
görünəcək. Pulu almaq üçün “Danamon”un “D-Cash” xidmətini dəstəkləyən
bankomatlarından birindən istifadə edərək kodu və şəxsiyyəti təsdiq edən digər
məlumatları, o cümlədən “Fаcebook ID” məlumatları daxil edilməlidir. Hazırda
ölkədə bankomatların 1,2 mini bu xidməti dəstəkləyir.
Bankın direktoru qeyd edib
ki, İndoneziyada smartfonların populyarlığının sürətlə artması ilə əlaqədar
olaraq maliyyə institutları mobil servislərə olan tələbata uyğunlaşırlar.
Bir müddət əvvəl “Facebook”
şəbəkəsində pulköçürmələri xidmətinin Hindistan və Birləşmiş Ərəb Əmirliklərində
(BƏƏ) istifadəyə verilməsi barədə məlumat verilib, - "Payspace”
yazır.