21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün “Azercell Telekom” MMC-nin dəstəyi ilə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının müəllifliyi ilə nəşr olunan “Zərif imzalar” kitabının təqdimatı olub.
Şirkətdən verilən məlumata görə, kitab dünyada ən ağır və məsuliyyətli sənətlərdən biri olan jurnalistikanın qadın nümayəndələrinə həsr olunub. Azərbaycanın xanım jurnalistlərinin fəaliyyətindən bəhs edən bu toplu Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tərəfindən tərtib olunub. “Zərif imzalar”ın ikinci cildi də çapa hazırlanır. Artıq Amerika, Türkiyə, London kitabxanalarının hər birinə “Zərif imzalar”ın 20 nüsxəsi hədiyyə olunub. Yaxın günlərdə isə kitab Amerika universitetlərinin kitabxanalarına da hədiyyə olunacaq.